1687433124.titanik enkazini gosteren denizalti araci batti 16054033 7813 m

ABŞ Sahil Mühafizəsi itən batiskafın ekipajının həlak olduğunu təsdiqləyib.

Globalinfo.az CNN-ə istinadən xəbər verir ki, “Titanik” gəmisinin qalıqlarını görmək üçün yola çıxan və daha sonra qəzaya uğrayan dənizaltı qurğusu tapılıb.

Rəsmi məlumata görə, 5 nəfərin meyiti aşkarlanıb.

***

“Titanik”in batdığı yerin yaxınlığında “Atlantik okeanının sularında itən sualtı “Titan”ın axtarışı zonasında naməlum dağıntılar aşkar edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin şimal-şərq bölməsi Twitter-də bildirib.

“Qırıntıların olduğu ərazi “Titanik”in yaxınlığındakı axtarış zonasında pilotsuz sualtı maşının köməyi ilə aşkar edilib. Mütəxəssislər birgə komandanlıq ilə birlikdə bu məlumatı öyrənirlər”, – məlumatda deyilir.

Paylaş: