İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az-ın APA-nın məlumatına görə, hadisə İmişli şəhərininin Heydər Əliyev prospektində “Mercedes” markalı avtomobillə VAZ-2106 markalı avtomobil toqquşub.
Nəticədə VAZ-2106 markalı avtomobildə olan sərnişin, şəhər sakini – 1974-cü il təvəllüdlü Cəfərova Bənövşə Nəriman qızı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.














