tufeng

Şəmkirdə odlu silahla qətl törədilib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib. 1979-cu il təvəllüdlü Ruslan Bayramov ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.

Hələlik hadisənin kim tərəfindən və hansı səbəblə törədildiyi məlum deyil.

Qətli törədən şəxsin tapılaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Paylaş: