1604926644 kjljpl

Dünən dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistan tərəfindən təxribat törədilib. Əvvəlcə sərhədçilərimizə atıcı silahlardan atəş açılıb, sonra minaatan və digər silahlara əl atıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin cavab tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin təxribata başladığı post darmadağın edilib.

Bunu təsdiq edən videogörüntülər də var.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyindən fərqli olaraq Azərbaycan tərəfi saxta xəbər yaymır.

Ermənistan kimi aldadır? Öz ictimaiyyətini, yoxsa dünyanı? Bəlkə, Ermənistanda rus “Vaqnerçilər” məhv edilib?!

Ordumuzun cavab zərbəsinin görüntülərini təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az 

Paylaş: