Ermənistanın atıcılıq üzrə komandası avqust ayında Bakıda keçiriləcək dünya çempionatında iştirak etmək istəyir.
Globalinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Seyran Nikoqosyan deyib.
“Bununla bağlı ev sahibi olan Azərbaycana məktub ünvanlamışıq. Əgər bizə təhlükəsizlik zəmanəti versələr, böyük bir qrupla Bakıya yollanacağıq”, – o bildirib.
Ayşən Mustafa
Globalinfo.az