“Əziz qardaşım, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana – Vətəninizə xoş gəlmisiniz! Sizi Prezident seçkilərində qazandığınız qələbə münasibətilə bir daha təbrik etmək istəyirəm”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Bakıda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatı zamanı deyib.
“Şadam ki, bu qələbədən iki həftə sonra Siz Azərbaycana dövlət səfərinə gəlmisiniz!” – Azərbaycan Prezidenti bildirib.