thumb856 20120415063929613

Ermənistan şahmatçıları Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan məlumat verib.

“Dünya çempionatında iştirak etməyəcəyik. Ermənistandan olan qrossmeysterlər Bakıya getməyəcək”, – deyib.

Ermənistandan isə qrossmeysterlər Samvel Ter-Sahakyan, Qabriel Sarkisyan, Ovannes Qabuzyan, Şant Sarkisyan və Hayk Martirosyan mundiala vəsiqə qazanıblar. Qadınlar arasında – Elina Danielyan, Anna Sarkisyan və Lilit Mkrtçyan.

Qeyd edək ki, şahmat üzrə Dünya Kuboku iyulun 30-dan avqustun 24-dək Bakıda keçiriləcək. Yarışda 200-dən çox şahmatçı iştirak edəcək.

Paylaş: