prez cinare

Ötən gün Zəngilanda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə baş tutan “Dost Aqropark”ın açılış mərasimində müğənni Çinarə Məlikzadə də səhnəyə çıxıb.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, sənətçi tədbirdə 4 mahnı səsləndirib.

Daha sonra Prezident İlham Əliyev Çinarəni nəzərdə tutaraq “dəvət edək, bir şəkil çəkdirək”, – deyə bildirib.

Səhnəyə çıxan Ç.Məlikzadə Prezidentlərə öz təşəkkürünü bildirib.

Müğənni görüşlə bağlı sosial media hesabında bunları yazıb: ““Dost Aqropark”ın açılış mərasimində sənətçi olaraq yalnız mənim iştirakım çox qürurverici idi. Şükürlər olsun ki, bu gün tarixi torpaqlarımızda, o cümlədən Zəngilanda bu cür mərasimlər keçirilir. Buna görə şəhidlərimizə, qazilərimizə, ümumilikdə əsgər qardaşlarımıza və Ali Baş Komandanımıza minnətdarıq!”

Qeyd edək ki, Ç.Məlikzadə Vətən müharibəsi dövründə təqdim etdiyi “Azərbaycan” mahnısı ilə məşhurlaşıb.

312307013 556602156328406 6414162364939007460 n
312534670 650820003285721 2677546689887912694 n

Paylaş: