Ukrayna Müdafiə Nazirliyi Donetsk vilayətində Blaqodatnı və Makarovkanın işğaldan azad edilməsi, həmçinin ordunun Baxmut istiqamətində uğurları barədə məlumat yayıb.
Globalinfo.az “APA”ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar öz Teleqram kanalında yazıb.
O qeyd edib ki, Ukrayna qoşunları Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirir.
Bundan əlavə, Malyar bildirib ki, cənubda “iki istiqamətdə 300-dən 1500 metrə qədər irəliləyiş var”.














