ebc480b8635bfdd9da5b6b90be9097ff

İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi həlak olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya tviter hesabında yazıb.

O, qeyd edib ki, əməliyyat çərçivəsində çavuş Cem Ahmet Kaya və Halil Şahin şəhid olublar.

Nazir hərbçilərə rəhmət diləyib, ailələrinə, Türkiyə ordusuna və xalqına başsağlığı verib.

d099384c 246c 3119 af4b 69ae31680f83

Paylaş: