Vatsapda daha bir yenilik

Vatsapda daha bir yenilik

Vatsap HD fotoşəkilləri ölçüsünü qoruyaraq paylaşmağa imkan verən funksiyanı sınaqdan keçirməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, yeni funksiya təsviri göndərməzdən əvvəl onun həllini seçməyə imkan verir.

İki seçim var: Standart keyfiyyət (1600 x 1052 piksel) və HD keyfiyyət (4096 x 2692 piksel).

Yeni funksiya hazırda “Android” və “iOS” üçün vatsapın beta versiyalarında müvafiq olaraq 2.23.12.13 və 23.11.0.76 mövcuddur.

Yüksək keyfiyyətli təsvirin göndərilməsi funksiyasının geniş ictimaiyyətə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil.