Talibandan ağlasığmaz qadağa: “Gənclər kədərlənir…”

Əfqanıstanda hakim Taliban rejimi kişilərə saqqal kəsməyi qadağan edib.

Globalinfo.az xəbər verir ki, bu günə kimi kişilərlə bağlı hər hansı qadağa tətbiq etməyən rejimin bu qərarı ölkədə bərbərlərin ciddi narazılığına səbəb olub.

Herat Din və Fəzilət Departamentinin rəhbəri Əbdül Rəhman bunun islam qaydalarına uyğun olduğunu bildirib:

“20 illik cəhalətdən sonra gənclər bu qərarımızı kədərlər qarşılayırlar. Amma anlamaq lazımdır ki, xarici görünüşümüz şəriətə uyğun olmalıdır. Biz müsəlman cəmiyyətiyik və ona uyğun görünməliyik”.

Qeyd edək ki, Taliban rejimi hakimiyyətə gəldikdən sonra Əfqanıstanda qadınların parka, məktəbə getməsi, yanında kişi olmadan küçəyə çıxması qadağandır. Qadınlardan sonra kişilərlər bağlı da müəyyən qadağaların tətbiqinə başlanılıb.

Ayşən Mustafa
Globalinfo.az