eliyar

Azərbaycanın FIFA referisi Əliyev Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına təyinat alıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 36 yaşlı hakim Gürcüstanda keçiriləcək A və C qrupunun matçlarını idarə edəcək.

A qrupunda Gürcüstanla yanaşı Portuqaliya, Niderland və Belçika, C qrupunda İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatı 21 iyun-8 iyulda Gürcüstan və Rumıniyada təşkil olunacaq.

Paylaş: