İranda həbs olunan gənci nə gözləyir? – XİN-dən rəsmi mövqe

 

 

 

3 aydır itkin düşdüyü bildirilən azərbaycanlı tələbə Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs olunub. Bu, ictimaiyyətdə ciddi narahatlıq, narazılıq yaradıb. Bəzi sosial şəbəkə istifadəçiləri yazır ki, məhkəmə hökmü ilə o, edam edilə bilər.

Məsələ ilə bağlı Globalinfo.az Xarici İşlər Nazirliyinə (XİN) sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan hökuməti proseslərlə əlaqədar müvafiq tədbirlər həyata keçirir:

“Aidiyyəti qurumlarla danışıqlar aparılır və Fərid Səfərliyə bu yaxınlarda baş çəkilməsi istiqamətində Təbriz Baş Konsulluğu tərəfindən lazımi işlər görülür. 9 mart tarixindən məsələ diqqətimizdədir. Biz bu çərçivədə ilk gündən İran tərəfinə nota göndərmişik, bir neçə dəfə müraciətlər etmişik. Artıq həmin müraciətlərdən sonra Tehran bizə belə bir iddianın olması ilə bağlı ittiham irəli sürüldüyünü bildirib. O andan etibarən tədbirlər görürük”, – XİN bildirib.

Zaira Akifqızı
Globalinfo.az