Bu yaz rüsvayçı məğlubiyyət yaşayacağıq – Erməni politoloq

“Nikol Paşinyan bəyanatlarını həyata keçirərsə, Ermənistanın 1988-ci il hərakatından bu yana son 30 ildəki dəyəri sıfıra bərabər olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Eduard Şarmazanov İrəvanın sülh prosesi çərçivəsində mövqeyi haqda deyib.

“Paşinyan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu elan edib. Digər tərəfdən də qondarma “erməni soyqırımının” beynəlxalq səviyyədə tanınmasının əleyhinə olduğunu bildirib. Bununla o, Ermənistana son zərbəni endirmiş oldu. Bu bahar ölkə üçün utanc, məğlubiyyət, rüsvayçılıq baharı olaraq xatırlanacaq”, –  o bildirib.

Ayşən Mustafa
Globalinfo.az