Rusiya Kiyevə ağır raket zərbələri endirib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı Ukrayna Baş Qərargahı yayıb.
Məlumata görə, zərbələr daha çox mülki obyektlərə, o cümlədən uşaq poliklinikasına dəyib. Moskvanın Kiyevə zərbələri “İsgəndər”lərlə həyata keçirdiyi qeyd edilib.
Ümumilikdə hücum nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
Qeyd edək ki, bundan öncə Kremlə və Putinin digər iqamətgahına dronlarla hücum gerçəkləşib. Rusiya tərəfi hücumun arxasında Ukraynanın dayandığını açıqlayıb.
İlkin Həsənov
Globalinfo.az














