ABŞ-ın Nyu-York şəhərində yerləşən “Türk Evi”nə hücumda şübhəli bilinən şəxs saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilib ki, şübhəli şəxsin Türkiyənin Giresun vilayətində qeydiyyatda olan Recep Akbıyık olduğu müəyyən edilib.
Qeyd olunub ki, Recep Akbıyıkın barəsində daha əvvəl Türkiyədə “yaralama, hədə-qorxu və narkotik saxlamaq” maddələri üzrə cinayət işi açılıb.
Xatırladaq ki, Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun və BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi “Türk Evi” adlanan inzibati bina mayın 23-də hücuma məruz qalıb. BMT ilə üzbəüz yerləşən binanın pəncərələri sındırılıb.














