Bakıda maşın getdiyi yerdə alovlandı – Video

Bakıda maşın getdiyi yerdə alovlandı – Video

Bakının Xətai rayonunda, Ukrayna dairəsində maşın alışıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər  verir ki, BMV markalı maşın dairəyə girərkən qəfildən yanmağa başlayıb. Alov qısa müddətdə bütün maşını sarıb.

Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Sürücünün vaxtında maşını tərk etdiyi, buna görə də xəsarət almadığı bildirilir.