646cbf1a43811646cbf1a438121684848410646cbf1a4380b646cbf1a4380e

Ötən gün axşam saatlarında Naxçıvan Muxtar Respublikasında yağan güclü leysan və dolu təkcə Naxçıvan şəhərində deyil, rayon və kəndlərdə də fəsadlar törədib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, fəsadlar qeydə alınan ərazilərdən biri də Babək rayonunun Nəhəcir kəndidir. Kəndin əsas yolunda olan körpü selə davam gətirməyərək çöküb və yarasız hala düşüb. Körpünün uçması Nəhəcir və Göynük kəndində olan sakinlər üçün ciddi problemlər yaradıb. Artıq kəndə gediş-gəliş üçün müvəqqəti olaraq körpünün yanından – çayın içindən əlavə yol çəkilib.

Qeyd edək ki, körpünün uzunluğu 10, eni isə 6 metrdir. Naxçıvan MR Avtomobil Yolları Dövlət Agentliyinin Babək Rayon Yol Təmir İstismar İdarəsindən bildirilib ki, körpüdə başlayan təmir işlərinin bir ay ərzində yekunlaşacağı gözlənilir.

646cc081ad5d5646cc081ad5d61684848769646cc081ad5d3646cc081ad5d4 646cc081a0235646cc081a02361684848769646cc081a0232646cc081a0234 646cc08193dd9646cc08193dda1684848769646cc08193dd6646cc08193dd7 646cc08176268646cc081762691684848769646cc08176264646cc08176266 646cc0815980d646cc0815980e1684848769646cc0815980a646cc0815980b 646cc08167765646cc081677661684848769646cc08167761646cc08167763

Paylaş: