meta 11

“Facebook”, “Instagram” və “Whatsapp” tətbiqlərinin sahibi olan “Meta” şirkəti 1.2 milyard avro cərimələnib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, cəriməni İrlandiyanın Məlumatların Mühafizəsi üzrə Müvəkkili tətbiq edib.

Şirkət Avropadakı istifadəçilərin məlumatlarını ABŞ-a ötürməkdə ittiham edilir. İrlandiya məlumatların ötürülməsinin dayandırılması üçün şirkətə 5 ay vaxt verib.

“Meta” cəriməni “əsassız və lazımsız” adlandırıb və qərardan şikayət verəcəyini bildirib.

Paylaş: