ca0101e7 bab1 3e4f aac3 fde38f97ecac

Lənkəranın Sütəmurdov kəndində avtomobillər toqquşub, ölən və yaralanan var.

Globalinfo.az-ın Report-a məlumatına görə, hadisə zamanı VAZ-2106 və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəzadan sonra VAZ-2106 işıq dirəyinə və ağaca çırpılıb. Hadisə nəticəsində VAZ-2106-nın sürücüsü hadisə yerində ölüb, avtomobildə olan qadın sərnişin ağır xəsarətlər alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, “Hyundai” markalı avtomobilin sürücüsü hadisə yerindən yayınıb. Hazırda onun tapılıb istintaqa cəlb olunması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

353ab8a1 96dd 30e8 9478 72fb0c83c76b 850 87ed30fd 6dc4 31ea 80ea 0bc5587ca134

Paylaş: