ABŞ Ali Məhkəməsi tviter və quql şirkətlərinin lehinə qərar verib.
Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Ali Məhkəmənin qərarında internet şirkətlərinin bu kimi hallar baş verdikdə məsuliyyət daşıya bilməyəcəyi qeyd olunub. Bu səbəbdən də məhkəmə sosial platformalara yönəlik müsbət qərar verib.
Qeyd edək ki, 2017-ci ildə İstanbul gecə klubunda İŞİD-ə bağlı bir hücumçunun Nəvrəs Ələsəfi və daha 38 nəfəri öldürməsindən sonra Ələsəfin ailəsi tviter və quqlu terror qruplaşmasına kifayət qədər sanksiya tətbiq etməməkdə ittiham edərək məhkəməyə vermişdi.