Qarabağda sürücülük hüququndan məhrum edilən şəxslər bağışlanacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Qarabağda rus sülhməramlılarının müvəqqəti məsuliyyət bölgəsindəki separatçıların saxta “dövlət naziri” Qurgen Nersisyan məlumat yayıb.
O bildirib ki, sözügedən şəxslərə dolanışığı təmin etmək üçün avtomobil idarə etməyə icazə veriləcək.
Nersisyanın qondarma rejimdə hökm sürən iqtisadi böhran səbəbindən belə bir qərarı gündəmə gətirdiyi iddia edilib.
Qeyd edək ki, bu, ərazidə yaşayan erməni sakinlər tərəfindən birmənalı qarşılanmayıb. Onlar sözügedən qərarın qüvvəyə minəcəyi təqdirdə ağır yol qəzalarının, ölümlərin olacağını bildiriblər.
Tamerlan Yayaqan
Globalinfo.az
