itkin oglan 65

Belçikada yaşayan azərbaycanlı itkin düşüb.

Globalinfo.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Məmmədov Nizami İbrahim oğlu Brüssel şəhərində yaşayıb. O, sonuncu dəfə 5 gün əvvəl-mayın 8-də şəhər kənarında yerləşən klinika ərazisində görülüb.

645fb0de3c4a2645fb0de3c4a31683992798645fb0de3c4a0645fb0de3c4a1

İtkin şəxsin bacısı Sevil Abbasova APA-ya bildirib ki, qardaşı bir müddət əvvəl avtomobil qəzasında kəllə-beyin travması alıb, yaddaş itkisi və oruentasiya pozğunluğundan əziyyət çəkir.

Nizami Məmmədovun itkin düşməsi ilə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə və polisə məlumat verilib.

Onu görən şəxslərdən +994 55 757 69 23 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

 

Paylaş: