
Qəzza zolağından buraxılan raketin İsrailin Rehovot şəhərində yaşayış binasına düşməsi nəticəsində 7 nəfər xəsarət alıb, 1 nəfər ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin təcili tibbi yardım xidməti məlumat yayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu axşam saatlarında hərbi kəşfiyyat zabitləri ilə əməliyyat müşavirəsi çağırıb.
Baş nazirin ofisindən verilən məlumata görə, iclasda İsrailin cavab tədbirləri müzakirə olunub.