Türkiyənin Manisa şəhərinin Soma rayonunda yerüstü mədənin çökməsi nəticəsində bir nəfər ölüb.
Globalinfo.az xəbər verir ki, yerin altında qalan Mehmet Şeren, Mehmet Arslan və Onur Topbaş xilas edilərək Soma Dövlət Xəstəxanasında müalicə altına alınıb.
***
Türkiyənin Manisa şəhərinin Soma rayonunda yerləşən yürüstü kömür mədənində çökmə baş verib.
Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 21 radələrində baş verib. Çökmə nəticəsində torpaq altında qalan 5 mədən işçisi xəsarət alıb.
Onlardan 4-ü digər mədənçilərin və tikinti texnikasının köməkliyi ilə, 1-i isə xilasedicilər tərəfindən çıxarılıb.
Mədənçilər Soma Dövlət Xəstəxanasına göndərilib.
Xəsarət alanlardan 3-nün səhhətinin qənaətbəxş, 2-nin vəziyyətinin ağır olduğu bildirilib.
Bölgəyə çoxlu sayda xilasedici və təcili yardım briqadaları gəlib.














