ef57976d 9d9d 33e5 b83d 1042a21d484e

Gənclər və İdman Nazirliyi, habelə Azərbaycan Tennis Federasiyasının (ATF) birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Avropa Tennis Turnirinin açılış mərasimi keçirilib.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, əvvəlcə ümummilli lider və Vətən uğrunda canından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.

Ardınca Fərid Qayıbov və ATF-in prezidenti Oqtay Əsədov, Beynəlxalq Tennis Federasiyasının (ITF) İnkişaf Proqramlarının rəhbəri Vitor Kabral çıxış edərək iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıblar.

Açılış mərasimindən sonra Bakı Tennis Akademiyasının ərazisində salınan padel tennis kortu ilə tanışlıq olub. Ardınca Azərbaycan tennisçisi İlham Baxşəliyev gürcüstanlı rəqibi Nikolos Meparidze ilə qarşılaşıb və hər iki setdə qələbə qazanıb – 6:1; 6:0.

Sayca 12-ci dəfə təşkil olunan yarışda 40-a yaxın ölkədən 300-dən artıq tennisçi mübarizə aparır. Onlar 12,14,16 və 18 yaş kateqoriyasında çıxış edirlər. Yarışa mayın 28-də yekun vurulacaq.

e1ed771f cb9b 3c78 bdc5 1e31e76196b5 bf1d53c6 980b 38a5 a7ff 1b4e72ce060f b63aad58 f017 3fe8 bae5 fa8b994fe3fa 889347c7 261b 3da1 a8e6 1b23793d1d3b 34063c94 c7fb 34c6 9183 7e41d5d6dfb5 9f1198b8 5e68 3d40 95a4 849dfabea024 850 7acafce4 4870 33ff 8951 1bf3262ed067

Paylaş: