“Məğlubedilməz” erməni ordusu haqda daha bir fakt – Etiraf

"Məğlubedilməz" erməni ordusu haqda daha bir fakt - Etiraf

Son illərdə Ermənistanda ordudan yayınma hallarında artım müşahidə olunur.  

Globalinfo.az xəbər verir ki, bu barədə erməni aktyor Hrant Toxatyan 3-cü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun işi üzrə məhkəmə zamanı jurnalistlərə açıqlamasında danışıb.

“Bu, biabırçılıqdır! Bu gün oğlanlarını ordudan azad etmək üçün əllərindən gələni edirlər. Təbii ki, əvvəllər də belə hallar olub, amma nadirən… İndi gənclərin çoxu orduda xidmət etmək istəmirlər. Əgər ordunu bu cür gözdən salırlarsa, deməli, sabah bizdə, ümumiyyətlə, çağırışçılar olmayacaq”, – o bildirib.

Zaira Akifqızı
Globalinfo.az