
Rusiyanın İrəvan küçəsində güclü yanğın başlayıb.
Globalinfo.az xəbər verir ki, yanğın Tsaritsıno rayonunda inzibati binada baş verib.
Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.
Ölənlər və yaralananlar barədə məlumat verilməyib.
Qeyd edilib ki, yanan binada otel, market və avtoservis yerləşir.
Yanğının başvermə səbəbi araşdırılır.