Azərbaycanı dəstəkləməyə davam edəcəyik – Mixalko

Azərbaycanı dəstəkləməyə davam edəcəyik - Mixalko

Avropa İttifaqı Azərbaycanda həyata keçirilən islahatları dəstəkləyir.

Globalinfo.az xəbər verir ki, bunu Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı təbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko jurnalistlərə deyib.

Mixalko bildirib ki, Azərbaycanla Avropa ölkələri arasında iqtisadiyyat, kənd təsərrüfatı, enerji təhlükəsizliyi, sosial və digər sahələrdə əməkdaşlığın inkişaf etməsi onları sevindirir.

Diplomat vurğulayıb ki, Aİ Azərbaycanın gerçəkləşdirdiyi islahatları dəstəkləyir.

“Biz Aİ olaraq bundan sonra da Azərbaycanı dəstəkləməyə davam edəcəyik”, – dəyə Mixalko bildirib.

Ticarət əlaqələrini bir daha xatırladan səfir deyib ki, 2021-ci ildəki dövriyə ilə müqayisədə ötən il bu əlaqələr 2 dəfə yüksəlib.