“Yeni müjdəni paylaşmaq istəyirəm. Cudi, Qabarda gündəlik 100 min barel istehsal həcminə malik neft yatağı aşkar etdik”.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Daha əvvəl “neft yoxdur” deyə üzərinə beton tökülən quyulardan, terror səbəbindən tərk edilən bölgələrdən indi neft hasil etməyə başladıq. Cizrəyə 20 km məsafədəki bu bu neft yatağı yüksək keyfiyyətə sahibdir”, – deyə Ərdoğan bildirib.