Ukrayna Silahlı Qüvvələrinin artilleriyaçıları və raket bölmələri Rusiya ordusunun silah, texnika və canlı qüvvəsinin cəmləşdiyi dörd ərazini, o cümlədən logistika mərkəzini, sursat anbarını və artilleriyanın cəmləşdiyi iki ərazini vurub.
Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının axşam məlumatında deyilir.
“Müdafiə Qüvvələrinin aviasiyası bir gündə düşmənin şəxsi heyətinin cəmləşdiyi ərazilərə üç zərbə endirib…”, – məlumatda bildirilib.














