Nazirin paylaşımı tənqid olundu – FOTO

Nazirin paylaşımı tənqid olundu - FOTO

Gənclər və idman naziri Fərid Qayıbovun paylaşımı müzakirələrə səbəb olub.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, hazırda Bişkekdə olan nazir “Facebook” hesabında izləyicilərinə xitabən, “Səfər etdiyim 61-ci ölkə. Bəs siz neçəsində olmusunuz?”, – sualını ünvanlayıb.

Əksəriyyətin narazılıqla yanaşdığı paylaşıma çoxsaylı rəylər yazılıb. Hətta onlar arasında “Siz 61 ölkədə olmusunuz, kaş biz də bir dəfə sizin qəbulunuzda ola biləydik” kimi şərhlər diqqət çəkib.

Nazirin paylaşımı tənqid olundu - FOTO