Putindən sərt qərar: Bu şəxslər ömürlük həbs ediləcəklər

Putindən sərt qərar: Bu şəxslər ömürlük həbs ediləcəklər

Rusiya Prezidenti Vladimir Putin dövlətə xəyanətə görə ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan qanun imzalayıb.

Globalinfo.az xəbər verir ki, qanuna əsasən, dövlətə xəyanət maddəsi ilə təqsirləndirilən şəxslər barəsində ömürlük həbs cəzası nəzərdə tutulur. Əvvəllər bu maddə ilə təqsirli bilinən şəxslər 20 il müddətinə azadlıqdan məhrum edilirdi. Bundan əlavə, terror aktı törədən şəxsləri 15 ildən 20 ilədək həbs cəzası gözləyir.

Eyni zamanda terror birliyində iştiraka görə cəza da 10 ildən 15 ilədək artırılıb.