Umanda ölənlərin sayı 19 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb.
Həmçinin qeyd olunub ki, şəhərin Rusiya ordusu tərəfindən atəşə tutulması nəticəsində 18 nəfər yaralanıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib.
***10:52
Rusiyanın dünən gecə Ukraynaya raket hücumu nəticəsində ölənlərin sayı 7-yə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bildirib.
O qeyd edib ki, hadisə nəticəsində 11 nəfər yaralanıb.