eliyar agayev

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstanın Super Liqasının oyununa təyinat alıb.

Globalinfo.az Yunanıstan Super Liqasının saytına istinadən xəbər verir ki, o, ölkə çempionatının 33-cü turunda keçiriləcək PAOK – “Aris” matçını idarə edəcək.

Ona həmyerliləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək.

Qeyd edək ki, aprelin 30-da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Paylaş: