ABŞ Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidmətinə qarşı Amerika vətəndaşlarının qanunsuz həbsinə görə sanksiyalar tətbiq edir.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ hökuməti məlumat yayıb.
“Bu gün ABŞ Prezidenti Co Baydenin əmri əsasında Rusiya və İranda əvvəllər və ya hazırda amerikalıları girov saxlayan, yaxud qanunsuz olaraq həbs edən qurumlara qarşı sanksiyaların birinci mərhələsini elan edirik. Rusiya və İrandakı bu qurumlar amerikalılardan siyasi rıçaq kimi və ya ABŞ-dən güzəştlər əldə etmək məqsədilə istifadə etməyə cəhd ediblər. Bu hərəkətlər beynəlxalq siyasi sistemin sabitliyini və bütövlüyünü təhdid edir. Onlar həmçinin ABŞ vətəndaşlarının və xaricdəki digər şəxslərin təhlükəsizliyini təhdid edir”, – deyə qeyd edilib.