Rusiya sülhməramlılarının yeni komandanı olacağı iddia edilən Aleksandr Lentsov artıq Xankəndiyə gəlib.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.
Qəzet Andrey Volkovun Qarabağa tərk etməyə hazırlaşdığını bildirib.
Nəşr iddia edir ki, guya Lentsov Qarabağa “Laçın yolunun normal fəaliyyəti Rusiya üçün qırmızı xəttdir, yoldakı blokpost isə yalnız rusiyalı hərbçilər tərəfindən qorunmalıdır” tapşırığı ilə göndərildiyini yazıb.
Qeyd edək ki, Lentsov bundan öncə Rusiya müdafiə naziri Sergey Şoyqunun müşaviri işləyib. O həmçinin Əfqanıstan, Çeçen və Suriya müharibələrində iştirak edib.
İlkin Həsənov
Globalinfo.az














