Sülhməramlı generalı Laçındakı yeni postda azərbaycanlılara bunu dedi – VİDEO

Sülhməramlı generalı Laçındakı yeni postda azərbaycanlılara bunu dedi - VİDEO

Dünən Rusiya sülhməramlılarının rəhbəri Andrey Volkov Laçında sərhəd-keçid məntəqəsinin quraşdırılması ilə bağlı danışıqlar aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzet danışıqların üç gün davam etdiyini, amma nəticəsiz qaldığını yazıb:

“Qarabağda əmindirlər ki, azərbaycanlılar sərhəd-keçid məntəqəsindən imtina etməyəcəklər. Rusların nail olmaq istədiyi yeganə şey məntəqədə azərbaycanlılarla bərabər sülhməramlıların da dayanmasıdır”.

Bu, general Volkovun Bakıya Laçındakı yeni məntəqədə azərbaycanlılarla yanaşı sülhməramlıların da dayanmasını təklif etdiyini göstərir.

Qeyd edək ki, Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün silah-sursat daşınmasının qarşısının alınması məqsədilə aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

İlkin Həsənov
Globalinfo.az