Leyen bu ölkəyə səfəri zamanı zirzəmidə gizlənib

Leyen bu ölkəyə səfəri zamanı zirzəmidə gizlənib

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen fevral ayında Ukraynaya səfəri zamanı zirzəmidə gizlənməli olub. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Financial Times” yayıb.

Məlumata görə, Leyen paytaxt Kiyevdə ölkə rəsmiləri ilə görüş keçirərkən şəhərdə hava hücumu təhlükəsi elan edilib. Bu səbəbdən görüş yarıda dayandırılıb və Avropa Komissiyasının rəhbəri bir müddət zirzəmidə yerləşən sığınacaqda gözləməli olub.

Xatırladaq ki, Leyen Ukraynada hazırda davam edən müharibə başlayandan bu günə qədər bir neçə dəfə Kiyevə səfər edib.