19:22
“Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb”.
Globalinfo.az xəbər verir ki, bu haqda onun sədr olduğu partiyadan bildirilirb.
Partiyadan bildirilidiyinə görə, idarədən zəng edən əməkdaş Anar Əsədliyə xırda bir məsələni dəqiqləşdirmək üçün onun bir neçə dəqiqəlik idarəyə gəlməsini xahiş edib: “Anar Əsədli 6 saatdan artıqdır ki, orada saxlanılır”.
Partiyadan o da bildirilib ki, indiyədək A.Əsədli ilə əlaqə saxlamaq mümkün olmayıb. İdarədən də bizə hər hansı məlumat verilmir.
Xatırladaq ki, Anar Əsədli bir neçə ay öncə də Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.
Azərbaycan Yüksəliş Partiyasının rəsmisi Mirzə Rəşad Bakuvinin Globalinfo.az-a verdiyi məlumata görə, Partiya başqanı Anar Əsəd artıq sərbəst buraxılıb.
Zaira Akifqızı
Globalinfo.az