netanyahu rza

***
09:00

İranın vəliəhd şahzadəsi Reza Pəhləvi İsrailə gəlib.

Globalinfo.az xəbər verir ki, Pəhləvinin artıq İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü olub. Üstəlik, Pəhləvi artıq Holokost qurbanlarına həsr edilən rəsmi dövlət mərasimini ziyarət edib. Bundan sonra jurnalistlərin qarşısına keçən vəliəhd şahzadə İran hakimiyyətinin ünvanına tənqidlər səsləndirib. O, hazırkı rejimin İran xalqını təmsil etmədiyini açıqlayıb:

“İki xalq arasında münasibətlər yüzilliklər ərzində dəstəklənib. Bu gün bizdə Holokostu inkar edən rejim olduğu üçün mən burada olub, həmvətənlərimi təmsil etmək məcburiyyətindəyəm”.

Xatırladaq ki, Pəhləvi ötən gün Təl-Əvivin Ben Qurion hava limanına enib və burada onu Yad Vaşemdəki mərasimdə müşayiət edən İsrailin kəşfiyyat naziri Gila Qamaliel qarşılayıb.

43 il sürgündə olan Pəhləvi ABŞ-da yaşayır. O, İran rejiminin qatı əleyhdarıdır.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: