raket hucum

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) bütün İran ərazisində ballistik raketlər və hava hücumundan müdafiə sistemlərinin istehsal obyektlərinə zərbələr endirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Tehran ərazisinə zərbələr zamanı “İran rejimi tərəfindən hərbi silahların, əsasən ballistik raketlərin istehsalı üçün istifadə olunan obyektlər və infrastruktur məhv edilib.

“Vurulan hədəflər arasında İsrail üçün təhdid yaradan raket buraxılış qurğuları və anbarlar da olub”, — məlumatda vurğulanıb.

Qeyd edək ki, bu müharibədə İranın əsas gücü ballistik raketlər hesab edilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: