Əli Əsədov Türkiyənin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Globalinfo.az-a verilən xəbərə görə, Baş nazir Ə.Əsədov Türkiyənin Bartın vilayətində yerləşən daş-kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.