Əliyev-Paşinyan görüşü necə keçib? – Prezidentin köməkçisi açıqladı

Azərbaycan üçün Dağlıq Qarabağ adlı məsələ yoxdur.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan BMT-nin özünümüdəfiə haqqından istifadə edərək 30 il ərzində işğal altında olan ərazilərini azad edib.

“Azərbaycanın gündəliyi sülh və regional əməkdaşlıqdan ibarətdir. 2020-ci ildəki müharibədən sonra Azərbaycan Ermənistanla sülh müqaviləsinə dair 5 fundamental prinsip hazırlayıb. Tərəflər arasında diplomatik danışıqlar davam edir. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində liderlərin görüşü məhsuldar və pozitiv atmosferdə keçib”, – Prezidentin köməkçisi vurğulayıb.